Dekabrın 14-də TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Murat Akkoç Mətbuat Şurasında olub.
Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonağı salamlayaraq Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində media orqanları arasında əlaqələrin mühüm yer tutduğunu vurğulayıb. Qeyd olunub ki, bu münasibətlərdə TRT-nin rolu böyükdür.
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri M.Akkoç öz növbəsində təmsil etdiyi qurumla Azərbaycan mediası arasında münasibətlərin daha da dərinləşməsinin vacibliyini bildirib.
Görüşdə türk dünyasının media qurumlarının konsolidasiyası ilə bağlı məsələlərdən, ortaq həqiqətlərin təbliği istiqamətində fəaliyyət istiqamətlərindən söz açılıb. Jurnalistika sahəsində peşəkarlıq kursları, təhsil proqramları, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin jurnalistləri ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.