Müstəqil Dövlətlər Birliyi Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondu Qırğızıstanın “Aytış” İctimai Fondu ilə birgə MDB, Baltik respublikaları və Gürcüstan kinematoqrafçılarının iştirakı ilə böyük qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə həsr edilmiş “Qırğızıstan-qısametrajlı filmlər ölkəsidir” adlı beynəlxalq kino festivalı keçirir.
   Bişkekdəki “Manas” kinoteatrında keçirilən festivalın münsiflər heyəti hər ölkədən bir film olmaqla baxış üçün on film seçib. Festivalda “MDB, Baltik respublikaları və Gürcüstan filmləri müsabiqəsi”, “Milli müsabiqə” proqramı çərçivəsində “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Münsiflər heyətinin xüsusi prizi”, “Tamaşaçı rəğbəti prizi” nominasiyaları üzrə mükafatlar veriləcək.
   Ölkəmizi festivalda “İmper Qrup” Prodüser Mərkəzinin çəkdiyi “Bir addım” qısametrajlı bədii filmi təmsil edir.
   Filmin rejissorları Nərgiz Bağırzadə və Fariz Əhmədovdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar