Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllülük Məktəbi”nin “Yaşıl ASAN” təşəbbüsü ilə “Yaşıl İncəsənət-2018” rəsm sərgi-müsabiqəsi keçirilir.
Layihənin məqsədi müasir incəsənətdə mənzərə, natürmort janrlarının rolunu və əhəmiyyətini artırmaq, gənc nəslin ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri, təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqətini cəlb etməkdir. Müsabiqəyə A3 və A4 formatında mənzərə və natürmort janrlarında, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsmlər qəbul edilir.
Sərginin açılışı 2018-ci il yanvarın 18-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində keçiriləcək.