Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin prioritetlərindən biri olan uşaq və yeniyetmələrin mütaliəsinə dəstək vermək məqsədilə müxtəlif tədbirlər, layihələr həyata keçirilir. Nazirliyin təşəbbüsü və təşkilati dəstəyi ilə uşaqların kitabxanalara və kitaba marağının artırılması məqsədilə “Nağıllara səyahət” müsabiqəsi elan edilib. Müsabiqəyə informasiya dəstəyini “Vışka” qəzeti həyata keçirir.
   Müsabiqənin ilk 20 sualı qəzetin noyabrın 24-30 tarixli nömrəsində dərc edilib. Viktorina iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə uşaqlara dünya xalqlarının nağıllarından 20 sual, ikinci mərhələdə isə Azərbaycan uşaq ədəbiyyatından 20 sual təklif ediləcək.
   Qaliblərə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən yaradılan “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”ndan istifadə və həmin kitabxanaya istədikləri kitabların daxil edilməsi üçün sifariş vermək imkanı yaradılacaq. Bundan başqa, müsabiqənin ilk üç qalibi gələn il 80 illik yubileyini qeyd edəcək qəzetə ödənişsiz abunə olacaq.
   Müsabiqənin sualları ilə bu linkdə tanış olmaq olar: 

http://mct.gov.az/az/medeniyyet-xeberleri/usaqlarin-kitabxanalara-ve-kitaba-maraginin-artirilmasi-meqsedile-nagillara-seyahet-musabiqesi-elan-edilib