Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bakıxanovlar şöhrət zirvəsində” kitabı nəşr olunub. Kitab maarifçi, alim və şair Abbasqulu ağa Bakıxanov, Xalq artisti, tarzən Əhməd Bakıxanov və Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun həyat və yaradıcılığına həsr olunub.
   “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab nazirliyin tabeliyində olan kütləvi kitabxanalara və aidiyyəti qurumlara paylanılacaq.