Amerikanın “Forbes” jurnalı 2017-ci ilin ən çox gəlirli aktyorlarının siyahısını elan edib. Birinci pillədə amerikalı aktyor Djeremi Renner yer alıb. Nəşrin hesablamalarına görə, bu il aktyora ödənilən hər dollar kinostudiyalara 93,8 dollar qazanc gətirib. 
   İkinci yerdə britaniyalı aktrisa Emma Uotsondur. Aktrisa ona ödənilən hər dollar əvəzində kinostudiyaya 70,7 dollar qazandırıb. Üçüncü və dördüncü pillələrdə amerikalı aktrisalar Skarlett Yohansson (hər dollar qonorara 66,5 dollar gəlir) və Emi Adams (46,1 dollar) qərarlaşıb. İlk beşliyi amerikalı aktyor Kriss Pratt (34,4 dollar) qapayır.
   Djeremi Renner, Skarlett Yohansson və Kriss Pratt “Marvel” kinostudiyasının ulduzlarıdır. 2016-cı ildə ən çox gəlir gətirən aktyorların siyahısında birinci yeri onların həmkarı aktyor Kris Evans tutmuşdu.
   
   İlona