Misirli məşhur xəttat, professor Mustafa Məhəmməd Öməri və bu ölkədən digər qonaqlar ölkəmizə səfər çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar. ADMİU-dan bildiriblər ki, Beynəlxalq ərəb dili gününə həsr olunan tədbirdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami əl-Aydi və misirli alimlər ərəb dilinin tarixi, inkişaf mərhələləri barədə məlumat veriblər. Qeyd edilib ki, 2010-cu ildən 18 dekabr - Beynəlxalq ərəb dili günü kimi qeyd olunur.
Tədbirdə xəttat Mustafa Məhəmməd Ömərinin əl işləri nümayiş olunub.