ABŞ Kinematoqrafiya, Sənət və Elm Akademiyası “Oskar” mükafatının əsas nominasiyası uğrunda mübarizə aparacaq filmlərin geniş siyahısını açıqlayıb. "İlin ən yaxşı filmi" nominasiyası üzrə 341 film təqdim olunub. Mükafata əsas namizədlərin sırasında “Möcüzə-qadın”, “Ülgüc üzərində qaçış 2049”, “Karib dənizinin quldurları: ölülər nağıl danışmır”, “Dünkerk”, “Kinqsman: qızıl üzük” və başqa filmlər yer alıb.
   Qeyd edək ki, sayca 90-cı “Oskar” mükafatının təqdimetmə mərasimi 2018-ci il martın 4-də Los-Ancelesdə keçiriləcək. Mükafata nominantların qısa siyahısı yanvarın 23-də elan olunacaq.