Qısametrajlı film təqdim olunub
   
   Yanvarın 12-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan qadını” layihəsi çərçivəsində hazırlanmış “Biz Şərqdənik” adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib. Film Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, tərcüməçi, pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın əziz xatirəsinə həsr olunub.
   Təqdimat mərasimində Milli Məclisin deputatları Sevinc Hüseynova, Gülər Əhmədova, Fazil Mustafa, ekran əsərinin ssenari müəllifi İlhamə Novruzova, teleaparıcı Nərgiz Cəlilova, yazıçı-publisist Salatın Əhmədli və başqaları çıxış edərək filmlə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, yeni film xarici kinofestivallarda Azərbaycanı təmsil etmək üçün nəzərdə tutulub. Yaradıcı heyət bu ekran işində mənfi stereotipi sındırmağı, “Biz Şərqdənik, amma fərqli deyilik!”, - deyə sosial mesaj ünvanlanmağı qarşısına məqsəd qoyub.
   Filmin ideya müəllifi Mahirə Əsədova, ssenari müəllifi İlhamə Novruzova, operatoru isə Vüqar Məmmədovdur. Baş rolda Dövlət Yuğ Teatrının aktrisası Yaqut Paşazadə, balaca qızcığaz obrazında isə Ayla Qasımzadə çəkiliblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar