“Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində alman yazıçı və ssenaristi Erix Kestnerin əsərləri əsasında çəkilmiş uşaq və gənclər üçün optimist filmlər seriyası nümayiş olunacaq.
Mərkəzdən bildiriblər ki, yanvarın 13-də burada “Uçan sinif”, həmin ayın 20-də “Emil və xəfiyyələr”, 27-də isə “Düymə və Anton” filmləri göstəriləcək. Uşaq və gənclərə həyatsevərlik və nikbin əhval-ruhiyyə aşılayan hər üç film Erix Kestnerin eyniadlı əsərləri əsasında ekranlaşdırılıb.