Dekabrın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçirildi.
   Konsertdə ilk dəfə olaraq Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında məşhur filmlərdən musiqilər səsləndirildi.
   Proqramda “Qayınana”, “Dədə Qorqud” kimi milli filmlərimiz, həmçinin “Bir dəfə Amerikada”, “Zorro”, “Karib dənizinin quldurları”, “Şerlok Holms və Doktor Vatson”, “Taksi”, “Oyuncaq” kimi xarici filmlərdən musiqilər yer almışdı. Tural Ağasıyev, Fəxri Kazım-Nicat, Lətifə Soyuöz , Tələt Hüseynov, eyni zamanda reper və rok ifaçılarının çıxışları maraqla qarşılandı. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri - əməkdar artistlər Viktoriya Şahmuradova, Elnur Süleymanov, həmçinin rəqqaslar Aydan Kamilova, Nigar Hüseynova və xor qrupunun ifasında rəngarəng musiqiləri bir-birini əvəz etdi.
   
   Fariz