Mingəçevir Turizm Kollecinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə coşqulu bayram şənliyi keçirib. “Minqo-Park” istirahət mərkəzində təşkil olunan şənlikdə kollecin pedaqoji heyəti və tələbələri iştirak edib. Kollecin direktoru, professor Əyyub Əyyubov 2017-ci ilin nailiyyətlərindən bəhs edib.
Bildirib ki, bu il kolleci bitirən 600-dən artıq gənc ixtisaslı kadrlar olaraq istehsalata yola salınıb, 700-ə qədər gənc isə Mingəçevir Turizm Kollecinin tələbəsi adını qazanıb. Tədris müəssisəsində 50-dək mədəni-kütləvi tədbir, konfrans keçirilib.
Tədbirdə kollecin tələbə özfəaliyyət qrupunun istedadlı üzvləri maraqlı bədii proqramla çıxış edib, bayram tortu kəsilib. Şənlik həmrəylik rəmzi olan “Yallı” rəqsi ilə başa çatıb.