Dekabrın 27-də Qubadakı Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə rayonun təhsil və mədəniyyət işçiləri, Quba şəhər 1, 4, 5 və 7 saylı orta məktəblərinin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, siyasi irsini əks etdirən fotostendlərlə tanış olublar. Mərkəzin direktoru E.Orucova “Heydər Əliyev və dünya azərbaycanlıları” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin sonunda “Heydər Əliyev Vətənin keşiyində” filmi nümayiş olunub.