Prezident İlham Əliyev dekabrın 28-də Azərbaycanda rəssamlıq sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə Salxab İsa oğlu Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
   Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Rauf Yusuf oğlu Babayev “Şöhrət” ordeni ilə təltif edilib.