İndoneziyanın “The Jakarta Post” saytı dünyanın ən gözəl 13 hava limanının siyahısını açıqlayıb. Siyahıda birinci yerdə Heydər Əliyev Beynəlxalq Hava Limanı qeyd olunub. Yazıda bildirilir ki, müasir memarlıq üslubunda inşa olunan Heydər Əliyev Beynəlxalq Hava Limanı ölkənin iqtisadi inkişafında mühüm rol oynayır, sərnişin daşımalarının 85 faizi beynəlxalq reyslərin payına düşür.
   Siyahıda sonrakı yerlərdə ABŞ-ın “Denver”, İspaniyanın “Adolfo Suarez Madrid-Baraxas”, Yaponiyanın “Kansai”, Çinin “Pekin Kapital”, Hindistanın “Çhatrapati Şivaci”, Malayziyanın “Kuala Lumpur”, Mərakeşin “Menara”, Gürcüstanın “Kutaisi”, Çinin “Şençjen Baoan”, Rusiyanın “Pulkovo”, İordaniyanın “Kraliça Aliya”, Sinqapurun “Çangi” Beynəlxalq Hava Limanı qeyd olunub.
   
   Fariz