Bakıdakı «Pullman Hotels and Resorts»da “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə “Qış nağılı” adlı Yeni il uşaq moda-müsabiqə gecəsi keçirilib.
Müsabiqənin təşkilatçıları bildiriblər ki, «Kids Fashion Show» gecəsində 4-14 yaş arası 83 model və 28 modelyer iştirak edib. Jürinin tərkibində məşhur dizaynerlər - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova və başqaları yer alıb. Layihənin müəllifi “Star Kids Group”un direktoru Aygün Əliyevadır.
Uşaqlar və modelyerlər müxtəlif nominasiyalar üzrə qiymətləndirilib.