Mədəniyyət və Turizm Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə cəzaçəkmə müəssisələrində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə milli filmlərin növbəti nümayişi keçirilib.
Qadın islah müəssisəsində “Həddən artıq uyğunluq”, 16 saylı cəzaçəkmə müəssisəsində “Vəkil hanı?”, 11 saylı cəzaçəkmə müəssisəsində “Xeyirlə şərin rəqsi” bədii filmləri nümayiş etdirilib.
Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələri, filmlərin yaradıcı heyətlərinin üzvləri iştirak ediblər.
Qeyd edək ki, “Həddən artıq uyğunluq” və “Vəkil hanı?” filmlərinin quruluşçu rejissoru Ülviyyə Könül, “Xeyirlə şərin rəqsi” filminin quruluşçu rejissoru Yavər Rzayevdir.
Hər üç film dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib.