Fransanın “Where” jurnalının http://www.wherepariseditions.com portalında tanınmış modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova haqqında məqalə dərc olunub.
   “Fəxriyyə Xələfova - Azərbaycanın məşhur modelyeri” adlı məqalədə onun karyerasından, müxtəlif moda festivallarında, eləcə də “Fashion Show”larda iştirakından söz açılıb. Modelyerin Parisin “Crillon” hotelində keçirilən “Fashion Show” həftəsindəki moda kolleksiyasından yazan müəllif bildirib ki, onun əsas prinsipi milli geyimlərin müasir geyimlərə transformasiyası, klassik və müasir üslubun kombinasiyasıdır.
   Yazıda F.Xələfovanın “Neft ilahəsi”, “Azərbaycan xanımları”, “Ümid ritmləri” kolleksiyalarından, onların simvol və fəlsəfəsindən də bəhs edilib.