“Bədən və ruh haqqında” adlı macar dramı 2018-ci ilin “Oskar” mükafatının “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında 9 filmdən ibarət iddiaçıların siyahısına salınıb. Bu nominasiyada müsabiqəyə 92 ölkə öz filmini təqdim etmişdi. Doqquz film arasından son beşlik seçilərək yanvarın 23-də elan ediləcək.
Rejissor İldiko Enyedinin filmi artıq Berlin kinofestivalının baş mükafatını (“Qızıl ayı”) qazanıb. Bundan əlavə, aktrisa Aleksandra Borbeli filmdəki roluna görə Avropa Kino Akademiyasının mükafatına layiq görülüb.
İndiyədək Macarıstanın iki filmi “Oskar” əldə edib. Bunlar İştva Sabonun “Mefisto” və Laslo Nemeşin “Saulun oğlu” kinolentləridir.