Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək. Sərgidə muzeyin fonduna yeni daxil olmuş 20 Yanvar şəhidlərinin şəxsi əşyaları nümayiş olunacaq.
Çıxışlardan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin hazırladığı bədii hissə təqdim olunacaq.