Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsində 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Regional idarənin rəisi Mehman Şükürov ötən il ərzində aparılan kadr islahatı, musiqi məktəblərində təhsilin, kitabxana sistemlərində oxucuya xidmət səviyyəsinin artırılması, klub müəssisələrində keçirilən tədbirlərin keyfiyyəti, beynəlxalq və yerli müsabiqə və festivallarda qazanılan nailiyyətlər, mədəniyyət işçilərinin qarşılıqlı əməkdaşlığı, eləcə də müəssisələrin fəaliyyətindəki problemlər barədə danışıb.
İdarə rəisi həmçinin 2018-ci ildə görüləcək işlər, qarşıda duran vəzifələrdən bəhs edib, müvafiq tapşırıqlar verib.
Sonra yüksək göstərici əldə etmiş mədəniyyət işçiləri və şagirdlər fəxri fərmanla təltif edilib.
Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Mədəniyyət şurasına seçki keçirilib.