“Azərbaycanfilm"in istehsalı olan romantik komediyanın təqdimatı keçirilib
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Yoxdu belə söhbət" romantik komediyasının qala gecəsi keçirilib. “CinemaPlus Azərbaycan”da təqdimatı keçirilən filmin quruluşçu rejissoru Rüfət Həsənov, quruluşçu operatoru Elman Əliyev, ssenari müəllifləri Kamal Həsənov, Rüfət Həsənov və Asif Rüstəmov, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.
Rollarda Günəş Mehdizadə, Həsən Ağa, Emil Məcnun, Tünzalə Qəhrəman, Teymur Məmmədov, Nofəl Şahlaroğlu və başqaları çəkilib. Ekran əsəri iki həvəskar musiqiçinin başına gələn gözlənilməz əhvalatdan bəhs edir.