Prezident İlham Əliyev yanvarın 18-də tanınmış etnoqraf alim, akademik Teymur Əmiraslan oğlu Bünyadovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Yanvarın 20-də 90 yaşı tamam olan akademik Azərbaycanda etnoqrafiya elminin inkişafında böyük xidmətlərinə görə təltif edilib.