Moskvanın mərkəzində, Azərbaycanın Rusiyadakı səfirliyinin yerləşdiyi Leontyev döngəsinin yaxınlığındakı bağçaya SSRİ Xalq artisti, dahi Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin adı verilib. Bu barədə Moskva merinin müavini Leonid Peçatnikov məlumat verib.
Xatırladaq ki, ötən il Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə müğənninin Leontyev döngəsində yaşadığı binaya xatirə lövhəsi vurulub. Hazırda sənətkarın adı verilən bağçanın girəcəyində Müslüm Maqomayevin heykəli ucalır.