Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Oğuz rayonu üzrə yanvar ayı üçün seminar-müşavirəsi keçirilib. Regional idarənin rəisi Mirvari Zeynalovanın iştirak etdiyi tədbirdə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar mədəni-maarif müəssisələrində keçiriləcək tədbirlər haqqında, eləcə də 2 fevral - Gənclər günü münasibətilə rayonun mədəniyyət müəssisələrində müxtəlif görüşlərin, dəyirmi masaların, konsert proqramlarının təşkili ilə bağlı müzakirə aparılıb.
İclasda həmçinin Oğuz rayon MKS-nin və Mədəniyyət mərkəzinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat dinlənilib. Məlumat verilib ki, hesabat dövründə MKS və 21 filialı tərəfindən bir sıra tədbirlər keçirilib, mütaliə həftəsi təşkil edilib, əhaliyə səyyar xidmət göstərilib. Klublarda bayram və əlamətdar günlər təntənə ilə qeyd olunub, konsertlər, bədii özfəaliyyət kollektivlərinə baxış keçirilib, eləcə də şəhər parkında yerli əhali və turistlər üçün mədəni-kütləvi tədbirlər təşkil edilib.
Sonda regional idarənin rəisi M.Zeynalova mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da canlandırılması, müəssisələrdə yeni iş nümunələrinin tətbiqi, turizmin təbliği və turistlərə göstərilən xidmətin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.