Şuşa Dövlət Musiqili Dram Teatrı “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa Rayon İcra Hakimiyyəti ilə birlikdə yanvarın 18-də anım mərasimi keçirib. 
   Mərasimdə rəsmi çıxışlardan sonra “Yanvarın iyirminci günü” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. 
   Kompozisiyanın hazırlanmasında şairlər Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqubun şeirlərindən, Ü.Hacıbəyli, Q.Qarayev və V.A.Motsartın musiqilərindən istifadə olunub.