Martın 7-dən 10-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq muğam simpoziumu keçiriləcək.
AMEA-dan bildiriblər ki, tədbirin açılışı akademiyanın əsas binasında olacaq.
Simpoziumda “Muğam Şərq lad sisteminin milli interpretasiyaları”, “Muğam mətnlərinin estetik və narrativ semantikası”, “Vokal-instrumental muğam mətnlərinin dil və ritmik özəllikləri”, “Azərbaycan muğam-dəstgahının konseptual mahiyyəti”, “Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqiterapiya”, “Muğam-makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi”, “Muğam yaradıcılığında bədiiliyin elmi və elmin bədii əsasları”, “Muğamın inkişaf yolları: tarix və müasirlik” bölmələri üzrə məruzələr dinləniləcək.