Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 30-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhərindən, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.