Fevralın 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər gününə (2 fevral) həsr edilmiş tədbir keçiriləcək.
   Filarmoniya və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə reallaşacaq tədbirdə konsert proqramı təqdim olunacaq.
   Konsertdə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək. Proqramda məşhur kinofilmlərdən soundtreklər səslənəcək.
     * * *
   Fevralın 2-də isə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Gənclər gününə həsr edilmiş sərgi açılacaq.
   İttifaqdan məlumat verilib ki, sərgi Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq. Ekspozisiyada 150 gəncin təsviri sənətin müxtəlif janrlarında 200-dən çox əsəri nümayiş olunacaq. Sərgi dörd gün davam edəcək.