Aprelin 28-29-da Rusiya Dövlət Akademik Böyük Teatrında Pyotr Çaykovskinin “İolanta” operası nümayiş olunacaq.
Teatrın saytında xəbər verilir ki, aprelin 29-da səhnə əsərində İolantanı Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva (soprano), Mavritaniya həkimi İbn Hakia obrazını isə Əməkdar artist Elçin Əzizov canlandıracaq. O, həmçinin aprelin 28-də İbn Hakianın partiyasını ifa edəcək.
Elçin Əzizov 2008-ci ildən, Dinara Əliyeva 2009-cu ildən Rusiya Böyük Teatrının solistidir.