Yanvarın 31-də YARAT Müasir İncəsənət Mərkəzinin növbəti qonağı tanınmış fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu olacaq.
   “Rəssamla tanışlıq” layihəsi çərçivəsində reallaşacaq tədbirdə tanınmış fotoqraf və rəssamlar iştirak edəcəklər.
   Tədbir çərçivəsində fotoqrafiya və rəssamlıq sənətinə aid aktual məsələlər müzakirə ediləcək, maraq doğuran suallar cavablandırılacaq.
   Sözügedən layihə hər bir qonağın fərdiliyini, üslub xüsusiyyətlərini və dünyanı dərketmə mexanizmini araşdırmaq məqsədi daşıyır.