Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü, Azərbaycan Yazıçılar Birliyi (AYB) Sumqayıt bölməsi və Nizami Gəncəvi adına Kitabxana-klubun təşkilatçılığı ilə mərhum şair Qiyas Həmidin yaradıcılığına həsr olunmuş “Xatirələrdə yaşayan ömür” adlı xatirə gecəsi keçirilib.
Kitabxana-klubda baş tutan tədbiri AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin açaraq şair haqqında geniş məlumat verib.
Kitabxananın fəal oxucuları Qiyas Həmidin şeirlərindən nümunələr söyləyiblər. Şairin qələm dostlarından Vaqif Yusifli, İbrahim İlyaslı, Rafiq Oday, Süleyman Hüseynov, Məmməd Namaz, Sabir Yusifoğlu, Zakir Zahir, Ələsgər Həsənli və digərləri Qiyas Həmidlə bağlı xatirələrini bölüşüblər.
Tədbir iştirakçıları şairin həyat və yaradıcılığını əks etdirən “Sumaqyıt - taleyimin şəhəri” başlıqlı sərgi ilə tanış olublar.