Türkiyədə yaşayan həmyerlimiz, Anadolu Universitetinin professoru Zaur Mükərrəm (Məhərrəmov) Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin öz imzası olan fotosunu hədiyyə edib.
   Muzeydən bildiriblər ki, fotonun arxa hissəsində “Əli Hüseynzadəyə yadigar, 3 kanunu-əvvəl (dekabr), 1910” sözləri yazılıb.