Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Səbail rayon MKS-nin 3 saylı filialının əməkdaşları “Məktəblinin kitab klubu” layihəsi çərçivəsində 203 və 162 saylı orta məktəblərdə kitab təbliğatı keçiriblər. Kitabxananın əməkdaşları məktəblilərə N.Nosovun “Vitya Maleyev həm məktəbdə, həm evdə”, Q.Qraubinin “Payızda yarpaqlar nə üçün tökülür?”, P.Kluşantsevin “Teleskop nədən danışır?” və başqa kitablar haqqında məlumat veriblər. Sonra şagirdlər kitablara baxış keçiriblər.
“Məktəblinin kitab klubu” layihəsi 2017-ci ilin aprelindən həyata keçirilir və indiyədək bir sıra məktəblərdə mütaliəyə marağın artırılması məqsədilə tədbirlər təşkil olunub.