Fevralın 21-də keçiriləcək Beynəlxalq Ana dili günü “Linqvistik müxtəlifliyin qorunub saxlanılması və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına kömək məqsədilə multilinqvizmin təşviqi” mövzusuna həsr olunacaq.
UNESCO-nun Parisdə yerləşən qərargahında fevralın 21-də beynəlxalq günlə bağlı mərasim keçiriləcək. UNESCO bu günü qeyd etməklə həm ana dilində tədrisi, həm də çoxdilli təhsili dəstəkləyir.
Beynəlxalq Ana dili günü 1999-cu ildə UNESCO-nun baş konfransında elan olunub və 2000-ci ildən mədəni müxtəlifliyi, o cümlədən çoxdilliliyi təbliğ etmək üçün keçirilir.