Milli Məclisin yaz sessiyasında mədəniyyətlə bağlı bir sıra qanun layihələrinin müzakirəsi gözlənilir.
Milli Məclisin Mədəniyyət komitəsindən verilən məlumata görə, yaz sessiyasında “Kinematoqrafiya haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kulinariya haqqında”, “Ad və soyadlar haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.