Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan gəncliyi - şərəfli adımız” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva 1997-ci ildən qeyd olunan Gənclər gününün tarixindən söz açıb, ölkəmizdə həyata keçirilən gənclər siyasətindən bəhs edib. Kitabxananın əməkdaşları Sona Yaqubova və Şəlalə Cəfərli çıxış edərək Azərbaycanda gənclərə dövlət qayğısı, yaradıcı gənclərə dəstək, gənclərin dövlət idarəetməsində aktiv rolu barədə danışıblar.
Tədbirin sonunda “Vətənə qürur verən gənclər” adlı kitab sərgisinə baxış keçirilib.