“Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Azərbaycan” adlı tematik markalar kitabını oxucuların ixtiyarına verib. Nəşrin məqsədi yerli və əcnəbi filatelistləri Azərbaycanın mədəni irsi ilə tanış etməkdir.
“Azərmarka” MMC-nin direktoru Leyla Güləliyeva bildirib ki, əsas hədəf Azərbaycanı dünyada təbliğ etməkdir. Bunun üçün markalar çox gözəl vasitədir. Çünki zərfin üzərindəki markalar dünyanın hər bir yerinə çatır və bir ölkə, xalq barəsində informasiya daşıyır.
Azərbaycan və ingilis dillərində çap edilən kitab "Azərbaycan təbiəti", "Azərbaycan memarlığı", "Azərbaycan - tolerantlıq məkanı", "Azərbaycanın kosmosdan görüntüləri", "Azərbaycan idmanı", "Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət növləri", "Azərbaycan musiqi alətləri" və "Azərbaycan mətbəxi" bölmələrindən ibarətdir.