Sözə xüsusi məhəbbətlə yanaşan, ona böyük dəyər verib yazılarını qəlbinin odu ilə ərsəyə gətirən Əməkdar jurnalist Həmzə Vəliməmmədovun yeni çapdan çıxmış kitabı “Qismət deyilmiş qocalıq sənə” adlanır. 
   Kitab Lerik rayonunun tanınmış ziyalısı, böyük hörmət sahibi olmuş müəllim, dünyasını 48 yaşında dəyişən Sultanağa Mirzəyevin həyat yolundan bəhs edir. Kitabda xatirələrdən ibarət məqalələr və “Qismət deyilmiş qocalıq sənə” povesti yer alıb. Kitabda müəllif Sultanağa Mirzəyevin xeyirxah əməlləri, vətənə, xalqa bağlılığı barədə danışır və gələn nəsillərə nümunə ola biləcək möhtəşəm söz abidəsi ucaldır.
   
   Zəfər Orucoğlu
   Lerik