Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 26-27-də Əskişəhər Anadolu Universitetində beynəlxalq konqresi keçiriləcək. “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı konqres Əskişəhər Azərbaycanlılar Dərnəyi, Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi və Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.
   Elmi konqresə “Tarixi və coğrafi baxımdan Azərbaycan”, “Azərbaycanın sosial və mədəni quruluşu”, “Azərbaycan və türk dünyası”, “Azərbaycan-Türkiyə münasibətləri” və “Beynəlxalq aləmdə Azərbaycan” və s. mövzularda məqalələr qəbul edilir. Məqalələrin xülasəsi martın 5-dək basvuru@azerbaycan2018.org elektron ünvanına göndərilməlidir. Xülasələri qəbul edilmiş məqalələrin tam mətni isə aprelin 15-dək təqdim edilməlidir. Məqalələr Azərbaycan, türk və ingilis dillərində yazıla bilər.
   Konqres haqqında ətraflı məlumatı bu linkdən əldə etmək olar: 

   Mehparə Sultanova
   Ankara