Tələbələrin soyqırımı mövzusunda rəsmləri sərgilənəcək
Fevralın 22-də İstiqlal Muzeyində “Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçiriləcək. Muzeydən bildirilib ki, sərgidə Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin Xocalı soyqırımına həsr olunmuş 50-dək rəsm əsəri sərgilənəcək.
Tədbirdə çıxışlarla yanaşı, 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi tərəfindən hazırlanan “Xocalını unutmayaq” adlı kompozisiya da nümayiş olunacaq.