Nikaraquanın dünya şöhrətli sirk ulduzu Filip Delqado ilk dəfə Bakı Dövlət Sirkində “Baharın 18-ci anı” adlı möhtəşəm proqramla çıxış edəcək. Tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb.
Martın 16-da nümayişi başlanacaq proqrama ekzotik və yırtıcı heyvanlar, cəsarət çarxı, möhtəşəm illüziya şousu, jonqlyor, kəndirbazlar, “Run to infiniti” akrobatlar qrupu, hava nömrələri, kordebalet, qeyri-adi işıq və lazer effektləri, şən klounlar və digər nömrələr daxildir.