Xəbər verdiyimiz kimi, ötən il Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb. Özbək dilində hazırlanan ekran əsərində iki xalqın dastanları, qəhrəmanlıq obrazları, Əmir Teymur, Babur, Şah İsmayıl Xətai kimi hökmdar və sərkərdələri, xalqlarımızın oxşar adət-ənənələri və mədəni irsindən bəhs olunur. Filmin ssenari müəllifi Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, rejissoru Eldar Məmmədovdur.
Daşkənd və Səmərqənddə təqdimatı keçirilmiş filmin diski Özbəkistanın telekanallarına, kitabxanalarına, bu ölkədə fəaliyyət göstərən Azərbaycan ocaqlarına hədiyyə olunacaq.