Prezident İlham Əliyev fevralın 22-də elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fərdi təqaüdün məbləği 2018-ci il martın 1-dən 150 manat artırılaraq 1450 manat müəyyən edilib.
Dövlət başçısı gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması barədə də sərəncam imzalayıb. Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən 300 manatdan 400 manatadək artırılıb.
Prezidentin daha bir sərəncamı ilə fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırılıb. 2018-ci il martın 1-dən “Xalq” fəxri adı üçün aylıq təqaüd 150 manat, “Əməkdar” fəxri adı üçün aylıq təqaüd 100 manat müəyyən edilib.