İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.
1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş qırğın zamanı həyatını itirmiş hər kəsin xatirəsini yad edən baş katib Xocalı hadisəsinin Ermənistan tərəfindən Azərbaycan ərazisinin işğalının nəticəsi olduğunu vurğulayır. İşğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və genosid kimi qiymətləndirən İƏT-in sənədlərini xatırladan baş katib Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə təşkilatın tam dəstəyini bir daha qeyd edib.