İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında rəssam Xanlar Məmmədovun əsərlərindən ibarət “Avropa” adlı rəsm sərgisi açılıb.
Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatının birgə təşəbbüsü ilə reallaşan sərgidə fırça ustasının 50-dən çox əsəri nümayiş olunur.
Ekspozisiyada yer alan rəsmlər rəssamın Avropaya səyahəti zamanı yaratdığı əsərlərdir. Sərgi martın 3-dək ziyarətçilər üçün açıqdır.