Türkiyənin Malatya vilayətinin Doğanşəhir rayonunda təxminən 2 min il yaşı olduğu ehtimal edilən küpə tapılıb.
Qədim qənimət kimi dəyərləndirilən küpə muzeyə aparılıb. Hündürlüyü 135, eni 92 santimetr olan küpə böyüklüyünə və vəziyyətinə, eləcə də quruluşuna görə indiyə qədər tapılan digər küpələrdən tamamilə fərqli olduğu üçün nadir tapıntı hesab olunub. İlkin rəyə görə, küpə yerli gildən yoğurularaq bişirilib.
* * *
Arxeoloqlar Moraviyanın Rayqrad rayonunda Daş dövrünə aid məzarlıq və Dəmir dövrünə aid edilən iki qəbir aşkarlayıblar. Tapıntılar və həmin ərazidə daha əvvəl tapılan əşyalar bu rayonda qədim insanların yaşayış yerləri olduğunu deməyə əsas verir. Arxeoloq Rixard Bişko deyib ki, məzarlıq texniki pavilyonun tikintisi zamanı tapılıb. Skeletlərin sümükləri yanı üstə uzadılıb. Bu da o dövr üçün xarakterikdir. Qəbirdə qab-qaşıq və digər əşyalar da olub.