İnteraktiv, əyləncəli və musiqili tamaşa keçiriləcək
   
   10-11 mart tarixində Bakıda ilk dəfə, Heydər Əliyev Sarayında Moskva İri Kuklalar Teatrının təqdimatında uşaqlar üçün “Danışan pişik Tom və dostları” adlı interaktiv, əyləncəli və musiqili tamaşa keçiriləcək.
   Tamaşada uşaqlar və valideynləri müasir, texniki cəhətdən mükəmməl şou, səs və vizual xüsusi effektlər, oyun və ünsiyyət, interaktiv ekran, rəqs, əyləncə, musiqi, sevdikləri mahnılar, maraqlı elementlər və bir çox digər unudulmaz sürprizlər gözləyir. Tamaşada yeni texnologiyalardan və proyeksiyadan istifadə olunacaq.