Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.
Muzeyin şöbə müdiri Xanım Abdinova “Xocalı soyqırımı qan yaddaşımızdır”, elmi işçi Əzirə Abdullayeva “Xocalı faciəsi bəstəkarların yaradıcılığında” mövzularında çıxış ediblər. Bəstəkar Azad Zahidin “Xocalı yol gözləyir” rekviyem-kompozisiyası nümayiş olunub.