Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə 1-3 mart tarixində Bakıda “Moldova ədəbiyyatı günləri” keçiriləcək. Tədbirə Moldovanın tanınmış mədəniyyət və ədəbiyyat xadimləri dəvət olunub.
Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının Moldova ədəbiyyatına həsr olunmuş xüsusi sayı, Arkadie Suçevianunun “Qağayı ilə göndərilən məktub” şeir toplusu, İqor Volnitskinin ”Mənə ölməyi öyrət” kitabının müzakirə və təqdimatları, Moldova poeziya gecəsi planlaşdırılır. Həmçinin Kişineuda Azərbaycan ədəbiyyatı ilə bağlı çap edilən kitablar təqdim olunacaq.